⇚ На страницу книги

Читать Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya

Шрифт
Интервал

MÜQƏDDİMƏ.

SSRİ Xalq artisti, bəstəkar, pianoçu, opera və estrada müğənnisi, aktyor Müslüm Məhəmməd oğlu Maqomayev yaradıcılığa başladığı ilk gündən Azərbaycan xalqının olubduimlisi. Bakı şəhərində doğulan və həyat fəlsəfəsinin sonuna kimi bu şəhərə, Azərbaycana və onun xalqına qırılmaz tellərlə bağlı olan ecazkar bariton səsin sahibi doğma yurdunu böyük məhəbbətlə sevib və bu məhəbbət onun qəlbində ömrünün sonuna qədər bir məşəl kimi alovlanaraq nur saçıbdı. Böyük Azərbaycan bəstəkarı Əbdül Müslim Maqomayevin nəvəsi olmaq və bu şanlı adı daşımaq bir o qədər də asan deyildi. Ancaq Müslüm buna nail ola bildi, hətta, bu adı bir o qədər də yüksəklərə, zirvələrə ucaltdı və musiqi tarixinin yeni səhifəsini qızıl hərflərı yazd.

Həyatda müxtəlif insanlar olur, onlar müxtəlif peşə sahibi, müxtəlif sənətkar olaraq yetişirlər. Lakin bəzən elə olur ki, onların bir çoxu ömürlərinin sübh çağında sönür və ya məhv olurlar, bir çoxu isə işıldayır, ancaq parıldamır, elələridə olur ki, şölə saçdıqca daha da parlayır, sanki hər kəsin gözünü qamaşdırır. Bu, bənzətməni adi danışıq dilinə transver etsəm: deyə bilərik ki, hərənin öz taleyi, öz qisməti olur, onların hamısı enişli-yoxuşlu həyat yolu axıracan gedib çıxa bilmir. Lakin elələri də olur ki, onlar deyilənlərin hamısını arxada qoya bilir, daha yüksəklərə, Olimpə doğru inam və cəsarətlə addımlayır. Müslüm Məhəmməd oğlu Maqomayev məhz, bu, cür təkrarolunmaz sənətkarlardan sayılırdı. Onu zəmanəsinin “Sirius”u adlandırsam, məncə, yanılmaram. Buna görə də tanınmış, məşhur, ulduz, dahi, böyük, təkrarolunmaz epitetlərini və ya bədii təyinlərini tərəddüd etmədən onun adının və soyadının qarşısına bir inci kimi yazıram və bundan böyük zövq və ləzzət alıram.

Bu, monoqrafiyanı bir tərəfdən ecazkar, müəmmalı, sirli, digər bir tərəfdən isə bütün varlığı ilə şəffaf, hamı üçün anlaşıqlı, dostluq etməyi bacaran, hər şeyi istədiyi kimi qəbul edən və həyata keçirən, ixlas xüsüsusiyyətlərə malik böyük Müslüm Maqomayevə həsr olunan kitab adlandırmaq olar.

Xüsusi bariton səsə, yüksək tembrə, ecazkar avaza, geniş diapazona, təmiz diksiyaya, nadir səhnə mədəniyyətinə malik olan Müslüm Maqomayev iki dəfə “Böyük teatr”ın dəvətindən imtina etməklə yolunu istədiyi kimi, müstəqil davam etdirmişdi. İnsanın həyatda qazandığı zəfəriyyat və ya düçar olduğu məğlubiyyət göründüyü kimi həmişə xoştəsir bağışlamır, başqalarına oxşamır, daşlı-kəsəkli, isti-soyuq, qeyri-hamar olur. Mövcud olan bu proseslər Müslüm Maqomayevə məxsus həyat çərçivəsi daxilində cərəyan etmişdi, bir tərəfdən onu dalana qısnasa da, digər bir tərəfdən isə daha da zənginləşdirmiş , yetkinləşdirmiş və dünyaya tanıtmışdı.

Müslüm Maqomayevin “Azərbaycan” haqqında bəstələdiyi və ifa etdiyi mahnı sevdiyi diyarın tarixinə, mədəniyyətinə, xalqının qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, milli adət-ənənəsinə, insanlarının səmimiliyinə həsr olunan bir şah əsər hesab oluna bilər. Bu, mahnını ecazkar bariton səsi ilə oxuyan müğənni, nəğməyə yeni ruh, yeni temperament, yeni üslub, ümumiyyətlə, incə və möcüzəli musiqi ədviyyatı əlavə etməklə qulaq asanları bir anlıq qanadları arasına alaraq əbədiyyat dünyasına səyahətə aparır və yenidən hiss olunmadan, ehmalca əvvəlki yerlərinə qaytarır.